• 19 Fevral 2025
logo
Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Bu ilin birinci yarısında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 56,3 mln. ton yük, 624,1 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 22,1% və 26,4% azalma qeydə alınıb.

Məlumata əsasən, hesabat dövründə sərnişinlərin 96,2% avtobus, 3,8% isə minik taksilərinin xidmətlərindən istifadə edib.