Bu ilin yanvar-iyun aylarında Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft yağlarının dəyəri illik müqayisədə 54,2% və ya 29 147,9 min dollar azalaraq 24 559,8 min dollar təşkil edib.
Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.
Qeyd olunub ki, idxal edilən məhsulun həcmi illik müqayisədə 7 840,9 ton və ya 8,1% azalaraq 89 404,8 ton təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycandan 53 707,7 min dollar dəyərində 97 245,7 ton neft və neft yağları idxal edib.