• 18 Fevral 2025
logo
"Fitch": Azərbaycanın cari əməliyyatlar hesabı gələn il yenidən profisitə qayıdacaq

"Fitch": Azərbaycanın cari əməliyyatlar hesabı gələn il yenidən profisitə qayıdacaq

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı neft bazarında tələbin bərpa olunması fonunda 2,5%, 2022-ci ildə isə 2,8% artacaq.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, bu il ölkədə ÜDM COVID-19 pandemiyası və neft bazarında mövcud volatillik səbəbindən 4,2% azalacaq.

Agentlik qeyd edir ki, Azərbaycandakı bankların aktivlərinin keyfiyyəti, COVID-19-un təsiri və neft qiymətlərinin enməsi səbəblərindən təzyiqlə üzləşəcək.
“Fitch”ə görə, 2015-ci il devalvasiyasından bəri Azərbaycandakı banklar hələ də köhnə aktiv keyfiyyəti problemlərindən qurtulmaqdadır və banklar agentliyin Bank Sisteminin Göstəricisi üzrə (BSI) “b” səviyyəsində qiymətləndirilirlər.