Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında yeni müqavilə imzalanıb.
Müqavilə lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsini nəzərdə tutur.
Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.