• 28 Mart 2024
logo
Azərbaycana bu il gətirilən incəsənət əsərləri, əntiq və kolleksiya əşyalarının dəyəri kəskin artıb

Azərbaycana bu il gətirilən incəsənət əsərləri, əntiq və kolleksiya əşyalarının dəyəri kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana gətirilən incəsənət əsərləri, əntiq və kolleksiya əşyalarının dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə kəskin artıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalara görə, ilin ilk yarısında ölkəyə dəyəri 439,04 min ABŞ dolları təşkil edən incəsənət əsərləri, əntiq və kolleksiya əşyaları gətirilib ki, bu da illik ifadədə 2,3 dəfə çoxdur.

Hesabat dövründə ölkədən çıxarılan incəsənət əsərləri, əntiq və kolleksiya əşyalarının dəyəri cəmi 64,55 min dollar olub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 28% çoxdur.