• 28 Mart 2024
logo
Azərbaycan bu il 215 min tona yaxın metanol ixrac edib

Azərbaycan bu il 215 min tona yaxın metanol ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 21 463,3 min ABŞ dolları dəyərində metanol ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi yeni hesabata əsasən apardığı hesablamalara görə, ötən altı ay ərzində ölkədən 214 633 ton metanol (metil spirti) ixrac edilib.

Azərbaycanın yanvar-iyun aylarının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,35% təşkil edib.