• 25 Aprel 2024
logo
Dünya ölkələrinin ümumi borcu 258 trln. dollara çatıb

Dünya ölkələrinin ümumi borcu 258 trln. dollara çatıb

Bu ilin I rübündə COVID-19 pandemiyası fonunda dünya ölkələrinin ümumi borcu rekord 258 trln. ABŞ dolları səviyyəsinə çatıb.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun yeni hesabatında deyilir.

Hesabata görə, I rübdə dünya ölkələrinin borcunun qlobal ÜDM-ə nisbəti rekord 10 faiz bəndi artaraq tarixi maksimuma – 331%-ə çatıb.

Hesabat dövründə inkişaf edən ölkələrdə borcun ÜDM-ə nisbəti 10 faiz bəndi artaraq 230%-ə bərabər olub, lakin dəyər ifadəsində 700 mln. dollar azalaraq 72,5 trln. dollara enib. Azalmanın əsas səbəbi sözügedən ölkələrin valyutalarının dollara qarşı dəyərdən düşməsi olub.