• 6 İyul 2025
logo
Azərbaycanın strateji valyuta ehtiyatları 49 milyard dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 49 milyard dollara çatıb

Bu ilin birinci yarısında ölkənin strateji valyuta ehtiyatları 9,4 faiz artaraq 49 milyard dollar təşkil edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Bank sədrinin sözlərinə görə, valyuta ehtiyatları bu ilin əvvəlindən 4,2 milyard dollar artıb.