• 16 Aprel 2024
logo
Azərbaycan MDB ölkələrinə ixracı 17% artırıb

Azərbaycan MDB ölkələrinə ixracı 17% artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azalaraq 2 013 364,3 min ABŞ dollarına enib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 102 168,4 min dollar və ya 16,8% artaraq 710 830,5 min dollar, idxal isə 215 887,5 min. dollar və ya 14,2% azalaraq 1 302 533,8 min dollar təşkil edib.

Nəticədə, hesabat dövründə 591 703,4 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin analoji dövrü ilə müqayisədə 318 055,9 min dollar və ya 35% azdır.