• 4 Avqust 2020
logo
ARDNF investisiya portfelində dolların payını artırıb

ARDNF investisiya portfelində dolların payını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 iyun 2020-ci il tarixinə investisiya portfelinin 68,4%-ni ABŞ dolları təşkil edib (bu ilin birinci rübünün yekunlarına görə, bu göstərici 66% olub – red.).

"APA-Economics"in Neft Fondunun bu ilin 6 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, iyunun 30-na avro ARDNF-in investisiya portfelinin 20,3%-ni, funt sterlinq 4,9%-ni, Avstraliya dolları 0,5%-ni, Türkiyə lirəsi 0,7%-ni, Rusiya rublu 0,6%-ni, Koreya vonu 0,5%-ni, Çin yuanı 1,2%-ni, Yaponiya yeni 1,5%-ni, digər valyutalar isə 1,4%-ni təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 797,4 mln. dollarlıq hissəsini (13,6%) qızıl investisiyaları təşkil edib.

Xatırladaq ki, ARDNF-in cəmi investisiya portfeli 42 636,66 mln. manata çatıb.