• 4 Avqust 2020
logo
Azərbaycan buğda idxalını azaldıb

Azərbaycan buğda idxalını azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 78 389,35 min ABŞ dolları dəyərində 358 565,11 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,8%, həcmi isə 37,8% azalıb.

Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 0,29 faiz bəndi azalaraq 1,57% təşkil edib.