• 18 Fevral 2025
logo
SOCAR bu il Şimal boru kəməri ilə 600 min tona yaxın neft nəql etməyi planlaşdırır

SOCAR bu il Şimal boru kəməri ilə 600 min tona yaxın neft nəql etməyi planlaşdırır

SOCAR bu il Bakı-Novorossiysk boru kəməri ilə (Şimal boru kəməri) 585 min ton neft nəql etməyə planlaşdırır.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Ötən il bu kəmərlə 824 min ton neft nəql edilib. İlkin olaraq planlaşdırılır ki, bu il Bakı-Novorossiysk kəməri ilə 585 min tona yaxın neft nəql edilsin", - deyə İ. Əhmədov qeyd edib.

Göründüyü kimi, ötən illə müqayisədə 2020-ci ildə bu istiqamət üzrə neftin nəqli 29% azalacaq ki, bu da cari ilin yanvarından texniki səbəblərdən sözügedən kəmərlə neftin nəqlinin dayandırılması ilə bağlıdır. İyul ayının 17-dən etibarən Bakı-Novorossiysk ilə neftin nəqli bərpa ediləcək.

Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometr təşkil edir.