Bu ilin II rübündə Azərbaycan daxilində qazın faktiki istehlak səviyyəsi artaraq 2,2 mlrd. kubmetrdən çox olub.
SOCAR-dan verilən məlumata görə, artım əhali kateqoriyası hesabına baş verib. Belə ki, ölkə daxilində əhali tərəfindən istehlak edilən qazın həcmi 20,5% artıb, sənaye və enerji sektoru üzrə qazın istehlak səviyyəsində isə azalma qeydə alınıb.