• 25 Aprel 2024
logo
Bugünkü valyuta hərracında banklar 57 mln. dollar cəlb edib

Bugünkü valyuta hərracında banklar 57 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən istinadən verdiyi xəbərə görə, hərracda tələb 56,6 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 7,4% və ya 3,9 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.