• 26 Aprel 2024
logo
Azərbaycanda pandemiya dövründə bu sahə inkişaf edir, yeni şirkətlər yaranır

Azərbaycanda pandemiya dövründə bu sahə inkişaf edir, yeni şirkətlər yaranır

Koronavirus pandemiyası dünyada rəqəmsallaşmanı xeyli stimullaşdırdı. Yəni bu dövrdə rəqəmsal mühit xeyli canlandı.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, onlayn alış-veriş də pandemiya dövründə xeyli artıb:

“Bizim vətəndaşlarımızın xaricdən onlayn məhsul sifariş verməsi də son dövrlərdə xeyli canlandı. İndiyə qədər İnsanların böyük əksəriyyəti xarici ölkələrdən, daha çox da Türkiyədən məhsul sifariş edirdi. Türkiyədən alış həcmi artıq milyonlarla ölçülürdü və bununla bağlı Azərbaycanda 50-ə qədər karqo şirkətləri də var idi.

Ancaq daxili elektron ticarət, ölkə daxilində olan mağazaların elektronlaşması və vətəndaşların onlayn alış etməsi yetərincə inkişaf etməmişdi. Pandemiya dövrndə daxili onlayn ticarət də bir qədər inkişaf etdi. Artıq ölkə daxilində onlayn alış-veriş və çatdırılma ilə bağlı bir neçə yeni şirkətlər yaranıb. Bu istiqamətdə bir dinamika var və hesab edirəm ki, bu sahədə inkişaf davam edəcək”.