• 19 Mart 2024
logo
Azərbaycan nümayəndələri OPEC-in Texniki Seminarına qatılıb

Azərbaycan nümayəndələri OPEC-in Texniki Seminarına qatılıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun iştirakı ilə onlayn formatda "İkinci dərəcəli məlumat mənbələri" mövzusunda keçirilmiş texniki seminarda Azərbaycanın nümayəndə heyəti də iştirak edib.

Energetika Nazirliyindən verilən məlumata görə, seminarda Azərbaycanı Energetika Nazirliyinin əməkdaşları Rauf Qurbanov, Otel Hüseynov, Akif Əfəndiyev, Loğman Dəmirli, Aytən Məmmədova və SOCAR-ın nümayəndələri Adil Abuşev və Elşən Nəsirov təmsil ediblər.

Məlumata əsasən, seminarda ikinci dərəcəli məlumatları hazırlayan şirkətlərin nümayəndələri ilə xam neftin hasilat göstəricilərinin hesablanma metodologiyası barədə fikir mübadiləsi aparılıb.

Bu mövzuda Beynəlxalq Enerji Agentliyi (IEA), "Argus", "Platts", PIW və "IHS-Markit" kimi beynəlxalq təşkilatlar və agentliklərin təqdimatları dinlənilib.