• 28 Mart 2024
logo
ARDNF: Neft qiymətlərinin qeyri-sabit olması Fonda mənfi təsir göstərə bilər

ARDNF: Neft qiymətlərinin qeyri-sabit olması Fonda mənfi təsir göstərə bilər

Ötən ilin sonlarından Çində başlayan yeni növ COVID-19 (koronavirus) xəstəliyi hökumət tərəfindən karantin rejiminin tətbiq edilməsi, bəzi layihələrin dayandırılması və bizneslərin bağlanması ilə nəticələnmişdir. Dünya bazarlarında hökm sürən iqtisadi şərait Azərbaycan Respublikası Dövlət Neft Fondunun Fondun (ARDNF) fəaliyyətində bir sıra çətinliklər yaradıb.

Bu barədə "APA-Economics" ARDNF-ın 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir.

Hesabata əsasən, hazırda xam neftin qiymətlərinə olan cari tələb dəyişkənliyi Fondun biznes məqsədlərini həyata keçirmək qabiliyyətinə təsir göstərir. Bu təsirlər COVID-19 pandemiyasının təsir etdiyi belə bazarlarda və xam neftin qiymətlərində ciddi qeyri-sabitlik fonunda özünü daha aydın büruzə verir.

"Xam neftin qiymətlərinin qeyri-sabit olması cari və növbəti maliyyə dövrlərində Fondun aktivlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər", - hesabatda qeyd edilir.

Hesabata görə, Fondun üzləşdiyi başqa bir məsələ digər suveren fondlar kimi, Fondun birjada kotirovka olunan səhmlərdən ibarət olan investisiya portfelinin qısamüddətli qiymət dəyişkənliyindən yaranan müvəqqəti zərərə məruz qala bilməsidir.