• 28 Mart 2024
logo
"Şahdəniz"dən indiyədək 83 mlrd. kubmetrdən çox qaz ixrac edilib

"Şahdəniz"dən indiyədək 83 mlrd. kubmetrdən çox qaz ixrac edilib

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan (AÇG) və "Şahdəniz" qaz-kondensat yatağından yataqları istismara veriləndən 1 iyul tarixinədək 297,5 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə. bu dövrdə AÇG-dən 171,2 mlrd. kubmetr, "Şahdəniz"dən isə 126,3 mlrd. kubmetr qaz hasil edilib.

Məlumata əsasən, "Şahdəniz" yatağı istismara veriləndən cari ilin 1 iyul tarixinədək 83,5 mlrd. kubmetr qaz ixraca nəql edilib.