• 29 Mart 2024
logo
Azərbaycanda bu il fermerlərə 214 mln. manata yaxın subsidiya ödənilib

Azərbaycanda bu il fermerlərə 214 mln. manata yaxın subsidiya ödənilib

Azərbaycanda payızlıq əkin üzrə 334 676 fermerə 164,75 mln. manatdan çox subsidiya ödənilib.

Bu barədə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) bildirilib.

Agentlikdən qeyd ediblər ki, ümumilikdə, 339 700 fermer tərəfindən bəyan edilən payızlıq əkin üçün 1 015 847 hektar ərazi üzrə təsdiqlənən bəyanların sayı 644 647 ədəd təşkil edib.
AKİA-dan həmçinin bildirilib ki, 44 452 fermer tərəfindən 121 012 hektar yazlıq əkin əraziləri bəyan edilib ki, onlardan 72 438-i təsdiqlənib. Yazlıq əkin üzrə 34 804 fermerə 18,63 mln. manatdan çox subsidiya ödənilib.

Əlavə olaraq, 60 995 fermer tərəfindən 110 645 hektar çoxillik əkin əraziləri bəyan edilib ki, onlardan 122 748-i təsdiqlənib. Çoxillik əkin üzrə 57 157 fermerə 30,39 mln. manatdan çox subsidiya ödənilib.

"Beləliklə, fermerlərə payızlıq, yazlıq həm də çoxillik əkin üzrə ümumi olaraq 213,79 mln. manatdan çox subsidiya ödənilib", - deyə Agentlikdən qeyd ediblər.

Xatırladaq ki, 2020-ci ilin subsidiya məbləği 241 mln. manat təşkil edir. Bu günə ümumilikdə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 505 245 fermer qeydiyyatdan keçib.