• 3 Avqust 2020
logo
Azərbaycan əhalisinin nağd rubl alışı azalıb

Azərbaycan əhalisinin nağd rubl alışı azalıb

Bu ilin may ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 167 926,1 min rubl təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 0,9%, illik müqayisədə isə 43,7% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi yanvar-may ayları ərzində 1 472 544 min rubl olub. Bu isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artım deməkdir.

Bundan başqa, may ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 874 265,9 min rubl təşkil edib ki, bu da aylıq müqayisədə 60,4% çoxdur. Hesabata əsasən, bu ilin ilk beş ayı ərzində əhalinin satdığı nağd rubl kütləsinin həcmi isə 4 851 945,5 min rubl olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4% azalma olduğunu göstərir.