• 25 Oktyabr 2020
logo
"Gəncə Avtomobil Zavodu" daha bir yeniliyə imza atıb

"Gəncə Avtomobil Zavodu" daha bir yeniliyə imza atıb

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) daha bir yeniliyə imza atıb. Müəssisə Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq memorandumu barədə razılığa gəlib.
Trend-in məlumatına görə, sənədə əsasən iki şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki servizin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması və təminatı, digər məsələlərdə əməkdaşlıq edəcəklər.
Birgə fəaliyyətlə bağlı təklif Finlandiyanın məşhur "Sampo" firmasından gəlib. Memorandumun imzalanma mərasimində gələcəkdə əməkdaşlıq planları müzakirə olunub. Memorandum "Sampo" şirkəti adından region üzrə satış və marketinq direktoru Sami Seppala və "Gəncə Avtomobil Zavodu" İB adından direktor müavini Elşən Məmmədov imzalayıblar.