• 27 İyul 2024
logo
Neftçilər prospektində nişanlanma xətləri yenilənəcək

Neftçilər prospektində nişanlanma xətləri yenilənəcək

Bakının Neftçilər prospekti və Niyazi küçəsində bu gün axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.