• 3 İyul 2020
logo
Mərkəzi Bank özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə aydınlıq gətirib

Mərkəzi Bank özəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinə aydınlıq gətirib

Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək bildiririk ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi məlumatda deyilir.

Məlumata əsasən, AMB tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib: “Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur”.