• 16 İyul 2020
logo
Azərbaycan qızıl ixracından gəlirlərini 27% artırıb

Azərbaycan qızıl ixracından gəlirlərini 27% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 64,7 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 26,8% çoxdur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda deyilir.

Məlumata görə, 2019-cu ilin yanvar-may aylarında Azərbaycan 51 mln. dollar dəyərində qızıl ixrac edib.

Qeyd edək ki, ötən il Azərbaycan 172,4 mln. dollar dəyərində qızıl ixrac edib. Bu, 2018-ci ilin göstəricisi ilə müqayisədə 46,1% çoxdur.