• 28 Mart 2025
logo
Nazir: "Sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq"

Nazir: "Sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq"

"Azərbaycanda sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq".

Bunu mətbuat üçün təşkil olunmuş brifinqdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu, onlayn formatda təqdim olun ilk məhsul deyil: "Bu yaxınlarda "edvgerial.az" platforması təqdim olunub. Gələcəkdə də müxtəlif onlayn platformalar təqdim olunacaq".

Nazir əlavə edib ki, növbəti aylarda "E-edf.gov.az" adlanan platforma vasitəsilə sahibkarlar kredit almaq üçün bir banka deyil iki banka müraciət edə biləcəklər.