• 27 İyul 2024
logo
Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

"Azərbaycan Dəmir Yolları" QSC sərnişin sayının azalması ilə əlaqədar 30 iyun 2020-ci il tarixdən etibarən Abşeron Dairəvi dəmir yolu xətti üzrə bir sıra elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

QSC-dən verilən məlumata görə, nəticədə Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt, Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt, Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı və Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarlarının hərəkətləri müvəqqəti dayandırılır.