• 9 İyul 2020
logo
Araz çayından Təbrizə su çəkilməsi planlaşdırılır

Araz çayından Təbrizə su çəkilməsi planlaşdırılır

Araz çayından Təbrizə su kəməri çəkilməsi planlaşdırılır.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan əyalətinin Su və Kanalizasiya Şirkətinin baş direktoru Əlirza İmanlu bildirib.

O deyib ki, Təbriz şəhərinin böyüməsi, şəhər ətrafında yeni qəsəbə və şəhərciklərin artması səbəbindən suya daha çox ehtiyac yaranıb: “Bu səbəbdən Təbrizin su təminatı üçün yeni resurslar axtarırıq. Təbrizin su probleminin həlli üçün nəzərdə tutulan layihələrdən biri də Araz çayından su şəhərə kəmərin çəkilməsidir”.

Baş direktor layihə ilə bağlı ətraflı məlumat verməyib. Ə. İmanlu layihənin tezləşdirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Şərqi Azərbaycan əyalətinin 63 şəhər və 1500 kəndində 4 milyon əhali yaşayır.