• 23 Sentyabr 2020
logo
Azərbaycanda istehlak kreditləşməsi 16% artıb

Azərbaycanda istehlak kreditləşməsi 16% artıb

Bu ilin iyunun 1-nə Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi ötən ilin eyni dövrün göstəricisi ilə müqayisədə 916,8 mln. manat və ya 16,2% artaraq 6 575,3 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, ev təsərrüfatlarına kredit qoyuluşu aylıq müqayisədə 128,9 mln. manat və ya 1,9% azalıb.

İstehlak kreditləşməsinin iqtisadiyyata cəmi kredit qoyuluşunda xüsusi çəkisi 44,5% təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,2 faiz bəndi, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 1,7 faiz bəndi çoxdur.