• 18 Sentyabr 2020
logo
Azərbaycanda lisenziyaları ləğv edilmiş bankların ümumi kredit portfeli açıqlanıb

Azərbaycanda lisenziyaları ləğv edilmiş bankların ümumi kredit portfeli açıqlanıb

Azərbaycanda lisenziyaları ləğv edilmiş “AGBank", “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərin ümumi kredit portfeli 1,16 milyard manat təşkil edir.

Trend-in məlumatına görə, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Amrah Bank”ın kredit portfeli 23,6 milyon manat, “Atabank”ın kredit portfeli 414,4 milyon manat, “NBC Bank”ın kredit portfeli 173,5 milyon manat, “AGBank”ın kredit portfeli 305,4 milyon manata bərabərdir.