• 27 İyul 2024
logo
Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını 22% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın xaricə qaz satışı 5,6 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çoxdur.

Energetika Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar-may aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,7% çox, yəni 4,3 mlrd. kubmetrdən çox qaz ixrac edilib.

Məlumata əsasən, Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd. kubmetr, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min kubmetr olub.