• 19 Sentyabr 2020
logo
Azərbaycan qaz hasilatını 14% artırıb

Azərbaycan qaz hasilatını 14% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 16,4 mlrd. kubmetr qaz hasil edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,6% və ya 2 mlrd. kubmetr çoxdur.

Energetika Nazirliyindən verilən məlumata görə, qaz hasilatının 5,4 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından, 8 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağından əldə edilib.

Məlumata əsasən, SOCAR üzrə hesabat dövründə qaz hasilatı 3 mlrd. kubmetr təşkil edib.

Emil İsmayılov