• 20 Sentyabr 2020
logo
Azərbaycan bu il 13 mln. tona yaxın neft ixrac edib

Azərbaycan bu il 13 mln. tona yaxın neft ixrac edib

Bu ilin yanvar-may aylarında Azərbaycanda 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövrü ixrac edilən neft (kondensatla birlikdə) 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır.

Neft-kondensatın 12 mln. tonu "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.