• 30 Sentyabr 2020
logo
Gürcüstan bu il Azərbaycandan 877 min tondan çox qaz idxal edib

Gürcüstan bu il Azərbaycandan 877 min tondan çox qaz idxal edib

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycandan qaz idxalı illik müqayisədə 47 833,2 ton və ya 5,2% azalaraq 877 272,3 ton təşkil edib.

Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) APA-nın yerli bürosuna verilən məlumata görə, bu dövrdə idxal edilən məhsulun dəyəri 144 666,2 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 12 022,9 min dollar və ya 7,7% azdır.

Qeyd edək ki, 2019-cu ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycandan 156 689,1 min dollar dəyərində 925 105,5 ton qaz idxal edib.