• 24 Sentyabr 2020
logo
Vüsal Qasımlı: Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır

Vüsal Qasımlı: Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, manatın sabitliyi 2019-cu ildə inqilabi islahatların nəticələrinin qorunması baxımından çox əhəmiyyətlidir. Bildiyiniz kimi, ötən il 4,2 milyon insanı əhatə edən sosial paket həyata keçirilib. Maaşlar, müavinatlar, sosial ödənişlər dəfələrlə artırılıb. Əgər bu il devalvasiya olsaydı, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edərdi:

"Azərbaycanda manatın sabitliyi devalvasiyaya imkan vermədi. Bu gün biz manatın effektiv məzənnəsinin bahalaşmasının şahidi oluruq, bu, son 5 ildə ən yüksək həddə çatıb".

İcraçı direktorun sözlərinə görə, Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır, bu isə ümumi daxili məhsulun 4,3 faizini təşkil edir:

"Bu, kifayət qədər böyük vəsaitdir, bu rəqəmi digər ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycan koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayırıb. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlar Azərbaycanı pandemiyadan daha az zərər görən ölkələr sırasına aid edirlər".