• 1 Oktyabr 2020
logo
Vüsal Qasımlı: "Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi ÜDM-in 4,3%-ni təşkil edir"

Vüsal Qasımlı: "Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi ÜDM-in 4,3%-ni təşkil edir"

Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 mlrd. manat civarındadır ki, bu da ölkə üzrə ÜDM-in 4,3%-ni təşkil edir.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə" mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, kifayət qədər böyük bir vəsaitdir və əgər bu vəsaitin həcmi digər ölkələrlə müqayisə edilsə, görmək olar ki, Azərbaycan pandemiya ilə mübarizəyə öz ümum daxili məhsulunun əhəmiyyətli hissəsini mobilizasiya edib: "Məhz bu tədbirlərin nəticəsidir ki, Azərbaycan bu il pandemiyadan daha az təsirlənən ölkələr sırasındadır".