• 27 İyul 2024
logo
Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 6,5% azalıb

Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 6,5% azalıb

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 409 123,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 28 266 min dollar və ya 6,5% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Cari ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 241 765,8 min dollarlıq mal və məhsullar idxal edib ki, bu da illik ifadədə 25 067,9 min dollar və ya 9,4% azdır. Gürcüstanın Azərbaycana ixracı isə 3 198,1 min dollar və ya 1,9% azalaraq 167 357,6 min dollara bərabər olub.

Nəticədə, cari ilin ilk beş ayı ərzində Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 74 408,2 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 22,7% azdır.