• 21 Sentyabr 2020
logo
Azərbaycana idxal olunan məhsulların qiyməti 2% artıb

Azərbaycana idxal olunan məhsulların qiyməti 2% artıb

2020-ci ilin aprel ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,0%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 122,9% təşkil edib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, eyni göstərici 2020-ci ilin yanvar-aprel aylarında 2019-cu ilin yanvar-aprel aylarına nisbətən isə 124,9% olub.

2020-ci ilin aprel ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 68,1%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 39,4%, 2020-ci ilin yanvar-aprel aylarında 2019-cu ilin yanvar-aprel aylarına nisbətən isə 75,0% təşkil edib.