• 20 Sentyabr 2020
logo
AİB: Azərbaycan iqtisadiyyatı bu il 0,1% azalacaq, inflyasiya 2,8% təşkil edəcək - PROQNOZ

AİB: Azərbaycan iqtisadiyyatı bu il 0,1% azalacaq, inflyasiya 2,8% təşkil edəcək - PROQNOZ

Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasının neqativ təsirlərini nəzərə alaraq, Azərbaycanda 2020-ci ildə ÜDM-in azalma tempi 0,1%, inflyasiyanın səviyyəsi isə 2,8% olacağını proqnozlaşdırır.

Bu barədə AİB-in "Asian Development Outlook" (ADO) adlı yenilənmiş hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,2% artacaq, inflyasiyanın səviyyəsi isə 3,5% təşkil edəcək.
Qeyd edək ki, bank Azərbaycanda bu il resessiyanın digər amillərlə yanaşı, əsasən dövlət və özəl investisiyaların azalması səbəbindən olacağını gözləyir. İnflyasiyanın sürətlənməsinin əsas drayveri kimi isə ərzaq məhsullarının tədarükündə yaranan məhdudiyyətlər göstərilir.

Bankın aprel ayında dərc olunmuş hesabatında ölkədə 2020-ci ildə ÜDM-in 0,5% artacağı, inflyasiyanın 2,5% təşkil edəcəyi, 2021-ci ildə isə bu göstəricilərin müvafiq olaraq 1,5% və 3,5% olacağı deyilirdi.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ÜDM istehsalı 1,7% azalıb, illik inflyasiyanın səviyyəsi isə 2,9% olub.