• 27 İyul 2024
logo
OPEC Azərbaycan üzrə proqnozunu yüksəldib

OPEC Azərbaycan üzrə proqnozunu yüksəldib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlər hasilatı üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, proqnoza əsasən, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,72 mln. barel olacaq (may ayında verilən proqnoza əsasən bu göstərici 0,70 mln. barel təşkil edirdi).

"Apreldə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlər üzrə hasilat orta hesabla 0,79 mln. barel təşkil edib", - məlumatda deyilir.