Bu ilin yanvar-may ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə dəyəri 32 442,76 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 502,48 min dollar və ya 18,8% azdır.
Qeyd edək ki, bu ilin ilk beş ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,78%-nə bərabər olub.