• 23 Mart 2025
logo
Azərbaycan alkoqollu içkilərin ixracını azaldıb

Azərbaycan alkoqollu içkilərin ixracını azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 5 694,47 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 52% azalıb.

Cari ilin ilk beş ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,79%-ə bərabər olub.