• 27 İyul 2024
logo
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" 4 milyon manatlıq 3 tenderə yekun vurub

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" 4 milyon manatlıq 3 tenderə yekun vurub

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-in Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Biləsuvar rayonunun Çinarlı kəndindəki əkin sahələrinin su ilə təmin edilməsi(1), Ağstafa rayonunun Muğanlı kəndindəki əkin sahələrinin su ilə təminatının yaxşılaşdırıması(2) və Xaçmaz rayonunda 10 su quyunun qazılması (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Baymedia.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Oğuz-K", "Azərtranss" və "Az-Tikinti 2020" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 450 min manat, 3,3 milyon manat və 422 min manat, ümumilikdə isə 4,2 milyon manat ödəniləcək.