Bu ilin yanvar-may aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1 863 795,2 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 313 908,1 min dollar və ya 20,2% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1 249 605,8 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 267 002,1 min dollar və ya 27,2% çoxdur. İdxalın həcmi isə 614 189,4 min dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk beş ayı ilə müqayisədə 46 905,9 min dollar və ya 8,3% artıb.
Nəticədə, 2020-ci ilin yanvar-may aylarında 635 416,5 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 220 096,2 min dollar və ya 53% çoxdur.