• 1 Oktyabr 2020
logo
Azərbaycan bu il 905 mln. kVt-saat elektrik enerjisi ixrac edib

Azərbaycan bu il 905 mln. kVt-saat elektrik enerjisi ixrac edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 40 961,11 min ABŞ dolları dəyərində 905 234,88 min kVt-saat elektrik enerjisi ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi məlumat əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21%, həcmi isə 25,2 % azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 76 828,19 min ABŞ dolları dəyərində (17,1% artım) 1 770 642,37 min kVt-saat elektrik enerjisi (26,7% artım) ixrac edib.