• 29 Sentyabr 2020
logo
Azərbaycan bu il Rusiyadan vafli məhsullarının əsas idxalçısı olub

Azərbaycan bu il Rusiyadan vafli məhsullarının əsas idxalçısı olub

Bu ilin yanvar-mart aylarında 29 istehlakçı ölkə arasında Rusiya istehsalı olan vafli məhsullarının ən böyük alış həcmi Azərbaycanın payına düşüb.

"APA-Economics" Rusiyanın "VladVneshService" analitik agentliyinə istinadən xəbər verir ki, cari ilin birinci rübündə Rusiyadan Azərbaycana bu növ məhsul ixracının payı 17,3% təşkil edib.

Rusiyanın qeyri-enerji ixracı strukturunda bu məhsulların qida müəssisələri arasında ən populyar olduğu göstərilir. Bu məhsul üzrə ixrac ticarətində Rusiya Federasiyasının 26 bölgəsi iştirak edir. Onların ümumi ixracatı bu ilin birinci rübü ərzində 2,49 mln. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin nəticəsini 61,5% üstələyir. Bu ticarətdə Rusiyanın lider bölgəsi Kemerovo bölgəsidir (43,8%).