• 23 Sentyabr 2020
logo
Azərbaycan və Türkmənistanı birləşdirəcək dənizaltı kabel magistralı layihəsinin texniki detalları müzakirə olunub

Azərbaycan və Türkmənistanı birləşdirəcək dənizaltı kabel magistralı layihəsinin texniki detalları müzakirə olunub

Hazırda dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə əlaqədar olaraq Xəzər dənizinin dibi ilə Azərbaycan və Orta Asiya ölkələri arasında magistral fiber-optik kabel xətləri layihəsinin icrası ilə bağlı görüşlər və tərəfdaşlarla müzakirələr onlayn rejimdə davam etdirilir.

Bu barədə "APA-Economics"ə Azərbaycan tərəfindən layihənin operatoru olan "AzerTelecom" şirkətindən bildirilib.

Şirkətdən qeyd olunub ki, hazırda Qazaxıstan və Türkmənistan istiqamətləri üzrə dənizin dibi ilə çəkiləcək xətlərin layihələndirilmə işləri aparılır: "Sonuncu müzakirə və görüş ötən ay Türkmənistan tərəfi ilə keçirilib. Video-konfransda layihənin operatoru və icraçıları olan "AzerTelecom" və "Turkmentelekom" operatorlarının nümayəndələri arasında layihənin texniki detalları müzakirə edilib. Həmçinin, telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilib, eyni zamanda fiber-optik rabitə xətlərin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və qorunması şərtləri müzakirə olunub".

Qeyd edək ki, "Azerbaijan Digital Hub" proqramı çərçivəsində Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal ipək yolunun (Digital Silk Way) yaradılması istiqamətində reallaşdırılan layihələrini icrası ilə bağlı işlər davam etdirilir.