• 24 Sentyabr 2020
logo
Bakıda mayda 0,4% deflyasiya olub

Bakıda mayda 0,4% deflyasiya olub

Bu ilin may ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri aprel ayına nisbətən 0,4% azalıb.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-may ayında ötən ilin eyni dövrü ilə müqayisədə isə Bakıda 2,7%-lik bahalaşma qeydə alınıb.

Mayda paytaxt üzrə istehlak qiymətləri indeksi aprel ayı ilə müqayisədə 99,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99%, qeyri-ərzaq malları üzrə 100,0%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100% olub

Məlumata əsasən, 2020-ci ilin yanvar-may ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9%, qeyri-ərzaq malları üzrə 101,1%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,1% təşkil edib.