• 2 Oktyabr 2020
logo
Azərbaycan əhalisi mayda əczaçılıq və tibbi mallara 60 mln. manat xərcləyib

Azərbaycan əhalisi mayda əczaçılıq və tibbi mallara 60 mln. manat xərcləyib

Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 262,3 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 42,2% çoxdur. Təkcə ötən ay əhaliyə 59,9 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da aprel ayı ilə müqayisədə 3,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub.