• 27 İyul 2024
logo
Azərbaycandan çıxarılan pul baratlarının həcmi 37% artıb

Azərbaycandan çıxarılan pul baratlarının həcmi 37% artıb

Bu ilin I rübündə Azərbaycana göndərilən pul baratlarının həcmi ötən ilin eyni dövrünə nisbətən 12,6% azalaraq 188 mln.dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 37% artaraq 122,3 mln.dollar olub. Nəticədə pul baratları üzrə 65,6 mln.dollar müsbət saldo yaranıb.

“APA-Economics”ə bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 356,9 mln.dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 206,7 mln.dollar, ödənişlər isə 150,2 mln.dolar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 7,2%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1,8%-i isə digər daxilolmalar təşkil edir.