• 25 Sentyabr 2020
logo
"Azəriqaz" smart-kart tipli sayğacların alışını dayandırıb

"Azəriqaz" smart-kart tipli sayğacların alışını dayandırıb

"Azəriqaz" İstehsalat Birliyi smart-kart tipli sayğacların alışını dayandırıb.

Bunu "APA-Economics"ə İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, bu baxımdan hazırda yoxlama müddəti çatan smart-kart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir: "Pandemiya dövründə dünya enerji bazarında vəziyyətin gərginləşməsi səbəbindən satınalmaların əksəriyyətini, o cümlədən smart-kart tipli sayğacların alışını dayandırdıq. Belə ki, valyuta məzənnələrindən asılı olaraq, bu qurğuların qiyməti 220-240 manat arasında dəyişirsə, mexaniki sayğaclar 70-90 manata başa gəlir. Mexaniki sayğaclar eyni funksiyanı daşıyır və smart-kart tipli sayğaclardan fərqli olaraq, abunəçilər ödənişləri onlayn qaydada apara bilirlər".

C. Səfərov həmçinin əlavə edib ki, bina evlərində smart-kart tipli sayğaclar az sayda olsa da, müəyyən limitdən istifadə olunaraq quraşdırıla bilər. Lakin fərdi yaşayış evlərində yoxlama müddəti başa çatan smart-kart tipli sayğaclar birmənalı olaraq mexaniki sayğaclarla əvəzlənir.